Yuxarı

Lənkəranskinin anası TV-lərə pul göndərirmiş – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranskinin anası TV-lərə pul göndərirmiş – Açıqlama

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəraniskinin (Canıyevin) anası Məsməxanım Hacıyeva xeyriyyəçilik fəaliyyətini davam etdirir.

Axar.az xəbər verir ki, xanım Hacıyeva televiziyada yayımlanan bir çox sosial proqramlarda onlarla ehtiyacı olan şəxslərə başqa adla köməkliklər edib.

Hətta ATV kanalında yayımlanan, Zaur Baxşəliyevin aparıcısı olduğu "Ümid var" və "Bizimləsən" verlişlərində bir çox ehtiyacı olan adama pul və qiymətli əşyalar göndərdiyi bildirilir. Teleaparıcının verilişində zaman-zaman müxtəlif ehtiyacı olan şəxslərə göndərdiyi külli miqdarda pullara və qiymətli əşyalara görə təşəkkür edilən Hacıxanım adlı qadın Rövşən Lənkəraniskinin anası Məsməxanım Hacıyeva imiş. O, əsl adının çəkilməsini istəməsə də, teleaparıcı onu Hacıxanım deyə qeyd edirmiş.

Məsələ ilə bağlı Bizimyol.info-a açıqlama verən Zaur Baxşəliyev fikirlərini belə ifadə edib:

"Bəli, mənim verilişimə hacıxanımlar ehtiyacı olanlara pullar, qiymətli əşyalar göndərib. Amma bunun hansının Lənkəraniskinin anası olduğunu bilmirəm. Lənkərandan olan Hacıxanım verilişimizə yardımlar edib. Amma onun Lənkəraniskinin anası olduğunu bilmirəm. Çünki bizə təqdim edilən konvertlərdə xeyriyyəçilər öz adlarını qeyd etmirlər. Lənkaraniskinin anası mənə telefon edib, "bu pulu mən göndərmişəm" deməyib. Belə hal olmayıb. Ola bilər, göndərib, amma başqa adla, çünki göndərilən konvertin üstündə nə yazılırdısa, mən də elə təqdim edirdim. Onların həyatında hazırda həssas məqamdır, ona görə istəmirəm ki, hansısa açıqlama verib, təşvişə səbəb olam".

Xatırladaq ki, Lənkəranski 18 avqustda Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.

Tarix
2016.09.16 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla