Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni
tərkibinin təsdiq edilməsi haqqında" qərar imzalayıb.
Axar.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi yanında
Statistika Şurasının səlahiyyət müddətinin bitdiyi nəzərə alınaraq,
onun yeni tərkibi təsdiqlənib.
Qərara əsasən Şuranın sədri Dövlət Statistika Komitəsinin sədri
Tahir Budaqov, Şuranın üzvləri Maliyyə Nazirliyi aparatının vergi
siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, İqtisadiyyat
Nazirliyi aparatının iqtisadi və sosial sahələrin inkişafı
şöbəsinin müdiri Cəmaləddin Quliyev, Vergilər Nazirliyinin Vergi
Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsinin rəis müavini Fərid
Cəbrayıl, Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi
və İnkişaf Proqramları Baş İdarəsinin gömrük statistikasının
təşkili və təhlili şöbəsinin rəisi Əzizağa Əhmədov, Mərkəzi
Bankının Statistika Departamentinin direktoru Fəxri İsmayılov,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin
əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin
müdiri Çingiz Tağıyev, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin
müavini Faiq Səmədov, "Xəzər" Universitetinin Direktorlar və
Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Azərbaycan Dövlət
İqtisad Universitetinin "Statistika" kafedrasının müdiri Sakit
Yaqubov, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat
İnstitutunun elmi işlər üzrə direktor müavini Allahyar Muradov,
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) Baş direktorunun
müavini Dağbəyi İsmayılov, "Bakı Universal Maşınqayırma" Məhdud
Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əşrəfağa Hacıverdiyev,
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev təyin
ediliblər.
Şuranın katibi Dövlət Statistika Komitəsi Aparatının statistika
işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin baş
məsləhətçisi Şahin Sadıqlı təyin olunub.