Yuxarı

“Marşurut avtobusları tələblərə cavab vermir” – Agentlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Marşurut avtobusları tələblərə cavab vermir” – Agentlik

Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərin əksəriyyəti təhlükəsizliyin və rahatlığın təmin edilməsi, marşrut xətləri üzrə istismarda olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı tələblərini tam şəkildə yerinə yetirmir. Bunun isə başlıca səbəbi onların müasir standartlara cavab verən maddi texniki bazaya malik olmamasıdır.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumat görə, məhz lazımi maddi texniki bazanın olmaması ictimai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir.

Xatırladaq ki, 6 sentyabr tarixində Bakı şəhərində 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə istismar olunan 10 TF 297 dövlət qeydiyyat nişanlı, "Midibus-saz" markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və bir neçə sərnişinin sağlamlığına zərər dəyib. İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxs ilə bağlanan "60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə"nin müddətinin bitdiyi aşkarlanıb.

Bundan başqa, Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydası"nın tələbləri də kobud şəkildə pozularaq, qəzaya düşən avtobus istismara yararsız və texniki cəhətdən nasaz olmasına baxmayaraq reysə buraxılıb. Məhz bu səbəblər nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müvafiq sərəncamı ilə daşıyıcı fiziki şəxs ilə bağlanmış 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqaviləyə xitam verilib və həmin daşıyıcı 14 sentyabr tarixindən 60 nömrəli marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb.

Sərəncama əsasən 60 nömrəli marşrut üzrə sərnişindaşımanın təşkili müvəqqəti olaraq digər daşıyıcı fiziki şəxsə həvalə olunub və onunla müvafiq müqavilə bağlanılıb.

"Mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar edilib. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib", - deyə məlumatda bildirilir.

Tarix
2016.09.16 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla