Yuxarı

Məktəblərin 90%-i təmir olunub - Əmrullayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərin 90%-i təmir olunub - Əmrullayev

Azərbaycanda fəaliyyət göstərən məktəblərin təxminən 90%-i son 20 ildə təmir olunub və ya yenidən tikilib.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, son beş il ərzində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və digər tərəfdaşların dəstəyi ilə minə yaxın məktəb yenidən qurulub və ya əsaslı təmir edilib.

"Ölkədə olan 4200-ə qədər məktəbin təxminən 90%-i ya yeni təmir olunub, ya da yenidən tikilib. Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir. Birinci növbədə, daha böyük məktəblərin təmirinə üstünlük veririk. Çünki bu məktəblər daha çox uşağın həyatına təsir edir".

Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli məktəblərin tikintisi həyata keçirilir:

"Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur".

Tarix
2026.05.10 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla