Yuxarı

İki avtomobil yolunun tikintisi yekunlaşdı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki avtomobil yolunun tikintisi yekunlaşdı – Video

Azərbaycan Prezidentinin Sərəncamlarına uyğun olaraq Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisi başa çatıb.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 8 m enində torpaq yatağı inşa olunub.

Daha sonra 15 sm qum-çınqıl qarışığı və 12 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq 2 qat olmaqla ( 6sm+4sm ) yola yeni asfalt-beton örtük döşənib. Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 1 metr enində çiyinlərin, həmçinin 254 m dairəvi boruların və 41 m düzbucaqlı boruların tikintisi aparılıb.

Anoloji işlər Biləsuvar-Günəşli-Ağayri-İsmətli-Çinarlı-Əliabad avtomobil yolunda da aparılıb. Yolun uzunluğu 16 km-dir. Tikinti layihəsi çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 9 m enində yol yatağının, həmçinin qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət ( 20sm ) yol əsasının inşası aparılıb. Daha sonra yola 2 qat olmaqla ( 7sm+5sm ) 5 m enində yeni asfalt-beton örtüyü döşənib, 2 m enində isə çiyinlər qurulub. Həmçinin 300 m dairəvi boruların tikilib.

Qeyd edək ki, avtomobil yollarının tikintisi ilə Cəlilabad rayonunda 23 yaşayış məntəqəsinin 20 min nəfər əhalisinin, Biləsuvar rayonunda isə 5 yaşayış məntəqəsinin 11 bir min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla yanaşı, sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafına, insanların yetişdirdikləri məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.

Tarix
2016.09.16 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla