Yuxarı

Ölkədə ÜDM azaldı – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə ÜDM azaldı – Səbəb

2016-cı ilin yanvar-iyul aylarında ümumi daxili məhsul azalıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, ölkədə ümumi daxili məhsulun həcmi 32122,6 milyon manat (əvvəlki ilin eyni dövrünə nisbətən 3 faiz az) olub.

Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın 30,7 faiz azalması olub.

İnformasiya və rabitə sahələrində əlavə dəyər 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3 faiz, emal sənayesində 2,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, mədənçıxarma sənayesində 2,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində isə 2,0 faiz artıb.

Cari ilin yanvar-iyul ayları ərzində istehsal olunmuş ümumi daxili məhsulun 35,2 faizi neft-qaz sektorunun, 64,8 faizi isə iqtisadiyyatın qeyri-neft sahələrinin payına düşüb.

Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3340,6 manata bərabər olub.

Tarix
2016.09.16 / 18:20
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla