Yuxarı

Nazirlikdə kollegiya iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdə kollegiya iclası keçirildi

Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar kollegiya iclası keçirilib.

Bu barədə Axar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasını açan kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizdə müqəddəs Qurban bayramı münasibətilə hər il olduğu kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir sıra məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, Qurban bayramı ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində işləyib, ət kəsimi məntəqələrində baytarlıq–sanitariya tələblərinə ciddi əməl olunmasına nəzarət artırılıb, əhalinin ucuz və keyfiyyətli qurbanlıq heyvanları ala bilmələri üçün lazımi işlər görülüb.

Bununla belə, Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil edilib. Həmçinin nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Eyni zamanda, baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilir.

Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb.

Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.

Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

Tarix
2016.09.16 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla