Yuxarı

Vüsal Aslanov sərnişinlərdən üzr istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüsal Aslanov sərnişinlərdən üzr istədi

21 aprel "Nərimanov–Ulduz" mənzilini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermiş, həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb sonra hərəkəti bərpa etdik.

Axar.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Trend və ATV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə zamanı təxliyə operativ şəkildə təmin olundu:

"Baş vermiş hadisəyə görə təəssüfümü bildirirəm və sərnişinlərimizdən bir daha üzr istəyirəm. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına, ilkin tibbi xidmət göstərən TƏBİB əməkdaşlarına, Bakı Metropoliteninin məlumatlarının operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm".

Vüsal Aslanov qeyd edib ki, Dövlət Proqramında Bakı Metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb:

"Ümumiyyətlə, Bakı Metropoliteninin elektrik şəbəkəsi dayanıqlı qurulub — istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən qidalanır. Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində işlər görülür".

O vurğulayıb ki, dizel generatorların əsas rolu xarici enerji təchizatının əvəzlənməsinə fokuslanıb, ona görə bu halda onlardan istifadə mümkün deyil:

"Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur, bunlar mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri keçiririk.

Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi - metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Ona görə bu halda onlardan istifadə mümkün deyil".

Tarix
2026.05.12 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla