Yuxarı

Bakıda ağır qəza: 2 ölü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ağır qəza: 2 ölü

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Axar.az xəbər verir ki, Bakı şəhər sakini Kamal Nəzərov Qala yolunda idarə etdiyi "Renault" markalı maşınla yolu keçən piyada, 1958-ci il təvəllüdlü Mübadə Məmmədovanı vurub. Piyada hadisə yerindəcə keçinib.

K. Nəzərov daha sonra idarəetməni itirərək avtomobili qarşıdan gələn "İveco" markalı avtobusa çırpıb. Nəticədə "Renault"da olan sərnişin, 1971-ci il təvəllüdlü Şəfayət Cəfərov aldığı xəsarətdən dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:31-də başa çatıb.

K. Nəzərov özü xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

APA-nın məlumatına görə, faktla bağlı Xəzər Rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Tarix
2016.09.17 / 10:57
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla