Yuxarı

Şuşaya gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşaya gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video

10:19

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.

Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər.

***

Şuşa şəhərində hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, yol hərəkətinin təşkilində müəyyən dəyişiklik edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

Qeyd olunub ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş və çıxış müvafiq olaraq, İstiqlal və 8 Noyabr küçələri üzrə birtərəfli hərəkət təşkil olunub.

"Adıçəkilən küçələrdə hərəkətin nizamlanması üçün müvafiq yol nişanları quraşdırılıb, zəruri təhlükəsizlik və nəzarət tədbirləri görülüb.

Vətəndaşları Şuşa şəhərində hərəkətin təhlükəsiz və rahat təşkili məqsədilə edilən dəyişiklikləri nəzərə almağa, yol nişanları və digər nizamlama vasitələrinin tələblərinə diqqətlə əməl etməyə tövsiyə edirik", - deyə məlumatda vurğulanıb.

Tarix
2026.05.13 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla