Yuxarı

Uşaqlar üçün “Qız qalası” festivalı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqlar üçün “Qız qalası” festivalı

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII "Qız qalası" Beynəlxalq incəsənət festivalı keçiriləcək.

Axar.az xəbər verir ki, bu festival çərçivəsində sentyabrın 17-də İçərişəhərdə uşaqlar üçün "Qız qalası" festivalı işə başlayıb. Festivalda 30-dək iştirakçı öz əl işlərini təqdim edir.

Festivalda Bakının müxtəlif yaradıcılıq ocaqlarından gəlmiş gənc rəssamlar Qız qalasının maketlərini öz istədikləri şəkildə bəzəyərək fərqli əsərlər yaradırlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər.

Sentyabrın 18-də başa çatacaq festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, "Qız qalası" Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində rallaşdırılıb. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.

Tarix
2016.09.17 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla