Yuxarı

DİN-dən əməliyyat: Avtoritetlərin sxodkası dağıdıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən əməliyyat: Avtoritetlərin sxodkası dağıdıldı

Kürdəmir rayonunda kriminal avtoritetlərin sxodkası keçirilib.

Axar.az Kriminal.az-a istinadla xəbər verir ki, tədbir sentyabrın 16-da, saat 17.00-da Kürdəmir rayonun mərkəzindəki çay evlərinin birində baş tutub.

Sxodkada iştirak edən kriminal aləmin fəal üzvləri öz aralarında ərazi bölgüsü, kriminal aləmin kassasına pulun yığılması və bəzi məsələlərin həllini müzakirə ediblər.

Kriminal aləmin fəal üzvlərinin bir araya toplaşması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları onların toplaşdığı çay evində əməliyyat keçirib.

Polislər kriminal aləmin fəal üzvləri olan Rauf M, Cahandar E, Araz A ,Nicat M, Zaur M, Anar D. adlı şəxsləri saxlayıblar. Əməliyyat zamanı Araz A və Nicat M polislərin əlindən qaça bilib. Bu zaman qaçan həmin şəxslərin xəsarət aldığı bildirilir. Onların hansı şəraitdə xəsarət almaları açıqlanmır.

Qeyd edək ki, həmin çay evində toplaşan şəxslərin kriminal aləmdə "Seyid" ləqəbi ilə tanınan Miryusif Əsədovun yaxın adamları olduğu bildirilir. İddia olunur ki, Kürdəmirdə keçirilən əməliyyat zamanı "Rauf M" şifrəli adla saxlanılan şəxs Miryusif Əsədovun yaxın silahdaşı "Yapon" ləqəbi ilə tanınan Rauf Məmmədovdur.

Rauf Məmmədov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Miryusif Əsədovla birlikdə mühakimə olunub və məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rauf Məmmədovun ötən il həbsdən azad olunduğu bildirilir.

Digər "Nicat M" şifrəli adla həbs olunan şəxsində Nicat Məmmədov olduğu bildirilir. Nicat Məmmədov da bir müddət əvvəl Miryusif Əliyevlə birlikdə mühakimə olunub və o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Nicat Məmmədovun bu ilin avqustunda həbsdən azad olunduğu bildirilir.

Xatırladaq ki, Miryusif Əliyev və digər şəxslər paytaxtın Sabunçu, Nizami və digər rayonlarında mağazalara basqın ediblər və xeyli sayda pul aparıblar. Onlar Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə quldurluq və digər cinayətlərdə ittiham olunan Miryusif Əsədov 6 il, Nicat Məmmədov 4 il 6 ay, Əhməd Ərəbov 4 il 6 ay, Rauf Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2016.09.19 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla