Yuxarı

Saleh Səmədov nə qədər pul mənimsəyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saleh Səmədov nə qədər pul mənimsəyib?

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.aza Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

İttihama görə, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.

İttihama münasibət bildirən Səmədov özünü qismən təqsirli bilib, bildirib ki, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə özünü günahkar saymır.

O, növbəti prosesdə sərbəst ifadə verəcək.

Növbəti proses iyunun 10-na təyin eedilib.

Hazırda dəymiş ziyandan 44 min manat ödənilib.

Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Qeyd edək ki, Səmədov ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa edib. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb olub.

Tarix
2026.05.20 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla