Yuxarı

"Bakcell"in dəstəyi ilə "SummerStack Bootcamp" başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakcell"in dəstəyi ilə "SummerStack Bootcamp" başlayır

İnnovasiya lideri “Bakcell” gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Şirkətin tərəfdaşlığı ilə "Peerstack Academy" tərəfindən "Java" və "Python" proqramlaşdırma dilləri üzrə "SummerStack Bootcamp" proqramı həyata keçiriləcək.

Üç ay müddətində davam edəcək "bootcamp" proqramının əsas məqsədi gənclərə proqramlaşdırma sahəsində fundamental biliklər qazandırmaq, onları real layihələr üzərində işləməyə cəlb etmək və İT karyerasına güclü başlanğıc imkanı yaratmaqdır.

Proqram "Java" və "Python" proqramlaşdırma istiqamətlərini əhatə edir. Tədris prosesi qarşılıqlı öyrənmə və layihə əsaslı tədris modelləri əsasında qurulacaq. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcək, nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq edəcəklər. "Bakcell"in dəstəyi ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində iştirakçılara 70 %-dək təqaüd imkanı təqdim olunacaq.

Qeydiyyatdan keçən iştirakçılar məntiq və proqramlaşdırma biliklərini əhatə edən imtahan mərhələsində, daha sonra isə müsahibə prosesində iştirak edəcəklər.

Proqram iştirakçıların gələcəkdə İT sahəsində peşəkar inkişafı, real iş mühitinə uyğun bacarıqlar qazanması və bu sahədə uğurlu karyera qurmasına dəstək olacaq.

"Bakcell" və "Peerstack Academy" arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

"Peerstack Academy"nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2026.05.20 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla