Yuxarı

Bakı-Tiflis qatarına biletin qiyməti açıqlandı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Tiflis qatarına biletin qiyməti açıqlandı - Rəsmi

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tiflis– Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.

İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı–Tiflis–Bakı qatarlarına Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax,Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq veriləcək.

Bakı–Tiflis–Bakı marşrutu üzrə gediş haqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tiflisə minimum gediş haqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

Qeyd edək ki, beynəlxalq istiqamətlər üzrə gediş haqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı–Tiflis–Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir.

Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.

Xatırladaq ki, 2019-cu ildə Bakı–Tiflis–Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Hazırda isə reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.

Tarix
2026.05.20 / 14:59
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla