Yuxarı

Texniki sahə vacibdir, humanitardan əl çəkin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Texniki sahə vacibdir, humanitardan əl çəkin!

Azərbaycanda texniki istiqamətlərə maraq həddindən artıq aşağıdır. Valideynlər övladlarını daha çox humanitar sahələrə yönəltməyə meyil göstərir. Bunun məntiqi nəticəsi olaraq son illərdə humanitar ixtisaslara müraciət edənlərin sayında kifayət qədər artım müşahidə olunur. Halbuki bizim üçün vacib olan texniki sahələr üzrə təhsil alanların sayının çox olmasıdır.

Bu barədə Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

“Ali təhsil müəssisələrinə müraciət edənlərin göstəricilərinə baxdıqda görürük ki, ən çox müraciət humanitar istiqamətlərə edilir. Əsas məqsəd isə abituriyentlərin texniki və səhiyyə sahələrinə daha çox üstünlük verməsidir.

2026-cı ilin statistik rəqəmlərinə nəzər salaq: II qrup üzrə 28 528 nəfər, III qrup üzrə isə 28 355 nəfər müraciət edib. Hər iki qrup humanitar istiqamətlərə aiddir. I qrup üzrə müraciət edənlərin sayı 31 011 nəfər, IV qrup üzrə isə 6 525 nəfərdir. Göründüyü kimi, humanitar sahələrə maraq texniki istiqamətlərlə müqayisədə daha yüksəkdir. Bizim üçün əsas məsələ ən azı balansın qorunmasıdır. Balans texniki sahələrin xeyrinə pozula bilər. Ölkə üzrə riyazi təfəkkür səviyyəsi aşağıdır və bu istiqamətdə inkişafın təmin olunmasına ehtiyac var.

Tarix, hüquq, jurnalistika, sosiologiya və digər istiqamətlərə gəlincə, təbii ki, həmin sahələrdə də kadr hazırlığı aparılmalıdır. Lakin hazırda bu ixtisaslara müraciət çox olduğu üçün texniki sahələrdə, xüsusilə kənd təsərrüfatı yönümlü ixtisaslarda kadr çatışmazlığı yaranıb”, - ekspert bildirib.

Tarix
2026.05.21 / 08:30
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla