Yuxarı

WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq...

WUF13 tədbirinə qədər aidiyyəti qurumlar konkret fəaliyyət planı hazırlamışdı və bu barədə ictimaiyyət də məlumatlandırılmışdı. Alternativ yolların təşkili, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, həm şəhər sakinlərinin, həm də xaricdən gələn iştirakçıların nəqliyyat vasitələri ilə təmin olunması əvvəlcədən planlaşdırılmışdı. Buna görə də tədbir çərçivəsində ciddi problemlər yaşanmadı.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda keçirilən WUF13 tədbiri fonunda paytaxt yollarında heç bir yüklənmə olmaması və əlavə sıxlığın yaranmaması haqda danışarkən deyib.

Ekspert bildirib ki, düzgün planlama və əvvəlcədən hazırlanmış idarəetmə modeli tədbirlə bağlı yolların yüklənməsinin qarşısını aldı:

“Əhali də doğru məlumatlandırılmışdı. Vətəndaşlar zərurət olmadan şəhər mərkəzinə fərdi avtomobillərlə getmədilər. Adətən Bakı şəhərinin girişlərində ciddi sıxlıq müşahidə olunur. Amma bu həftə əvvəlki həftələrlə müqayisədə həmin sıxlığın xeyli azaldığını gördük”.

Ekspertin sözlərinə görə, WUF13 çərçivəsində tətbiq edilən nəqliyyat idarəetmə sistemi gələcək üçün də nümunə sayıla bilər:

“Bu tədbir bizim üçün əlavə təcrübə oldu. Düşünürəm ki, bu tənzimləmə təcrübəsindən istifadə etməklə Bakıda sıxlığın azaldılması istiqamətində addım atmaq olar”.

Qeyd edək ki, 17 mayda Bakıda öz işinə başlayan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu gün işini başa vuracaq.

Tarix
2026.05.22 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla