Yuxarı

SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar satılır? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar satılır? – Video

SAT imtahanlarında saxtakarlıq hallarına yol verildiyi iddia olunur.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə müsahibələrinin birində bu növ halların mövcudluğunu təsdiqləyib. Xanım sədr bildirib ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında 20-30 bal toplaya bilməyən abituriyentlər beynəlxalq SAT imtahanında maksimum nəticə göstərirlər.

Qurum rəhbərinin sözlərinə görə, bu cür kəskin fərq real ola bilməz. Çünki SAT imtahanının riyaziyyat bloku daha mürəkkəbdir və yerli imtahanlarda minimum nəticə göstərənlərin bu sınaqdan ən yüksək bal alması normal görünmür.

Axar.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi də Baku TV-yə açıqlamasında mövzu ilə bağlı ciddi məqamlara toxunub. O bildirib ki, bəzi şəxslər imtahan suallarını qanunsuz yollarla əldə edirlər:

“Biz dəfələrlə müşahidə etmişik ki, eyni imtahan sualları yaxın region ölkələrində fərqli tarixlərdə keçirilərkən, prosesin təşkilində iştirak edən şəxslər və ya digər vasitəçilər tərəfindən öncədən satılır. Bəzi hallarda Azərbaycan vətəndaşlarının qəsdən qonşu ölkələrdə təşkil olunan SAT imtahanlarına yönləndirildiklərini və ya orada imtahan verməkdə maraqlı olduqlarını görürük. Bu da ondan xəbər verir ki, həmin şəxslər suallarla öncədən tanışdırlar.

Məsələn, 2024 və 2025-ci illərdə qonşu Gürcüstanda təşkil edilən SAT imtahanlarının nəticələri rəsmi olaraq tanınmadı. Məlum oldu ki, buna səbəb imtahan suallarının sızdırılması olub”, – deyə ekspert qeyd edib.

Tarix
2026.05.23 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla