Yuxarı

Xəzərin suyunun azalmasının səbəbi… - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin suyunun azalmasının səbəbi… - Nazir

Xəzər dənizinin suyunun azalmasının səbəbi təkcə iqlim dəyişiklikləri deyil.

Axar.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend və ARB24 televiziya kanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif platformalarda Xəzəryanı dövlətlərlə əməkdaşlığa başlayıb:

“Tarixə baxdıqda Xəzər dənizinin suyunun azalması və çoxalmasını dəfələrlə müşahidə etmişik. Hazırki azalmanın səbəbi yalnız iqlim dəyişiklikləri deyil. Müxtəlif tədbirlər planlarının üzərində iş gedir. Əsasən bu planlar adaptasiya mexanizmləri üzərində qurulur. Həm Tehran Konvensiyası çərçivəsində, həm də ikitərəfli işçi qruplar vasitəsilə müzakirələr aparılır. Misal üçün, aprel ayında Qazaxıstanla ikitərəfli işçi qrupun ilk iclası keçirilib və müzakirələr artıq başlayıb. Nəticə etibarilə, bu məsələlərin həlli yalnız bir dövlət tərəfindən deyil, Xəzəryanı bütün dövlətlər tərəfindən birgə və ardıcıl tədbirlər vasitəsilə təmin edilməlidir”.

Tarix
2026.05.23 / 23:29
Müəllif
Axar.az
Digər xəbərlər

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla