Yuxarı

İrandan gələn 2 min ton zay məhsul geri qaytarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan gələn 2 min ton zay məhsul geri qaytarılır

Sentyabrın 21-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinini rəisi Camal Quliyev bildirib ki, 09 sentyabr 2016-cı il tarixdə İran İslam Respublikasının "KERMANSHAN PETROCHEMİCAL" zavodunun istehsalı olan, "FELESTİNA-2" gəmisi vasitəsi ilə Bakı şəhərinə gətirilib, "Agro menejment" MMC-yə məxsus 1893,1 ton UREA 46% (karbamid) gübrəsindən götürülən nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyasında analizi aparılıb və həmin gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması və normadan dəfələrlə aşağı olması müəyyən edilib. Belə ki, yükü müşayiət edən sənədlərdə UREA 46% (karbamid) gübrəsində təsiredici maddənin miqdarı 46% göstərildiyi halda, laboratoriya analizinin nəticəsində 30,9% nümunədə azotun miqdarı 0%; 3,0% nümunədə azotun miqdarı 6%; 3,0% nümunədə azotun miqdarı 9%; 3,0% nümunədə azotun miqdarı 19%; 3,2% nümunədə azotun miqdarı 23%; 3,0% nümunədə azotun miqdarı 26%; 5,7% nümunədə azotun miqdarı 30%; 5,7% nümunədə azotun miqdarı 32%; 3,1% nümunədə azotun miqdarı 33%; 5,7% nümunədə azotun miqdarı 36%; 5,7% nümunədə azotun miqdarı 39%; 3,0% nümunədə azotun miqdarı 42%; 5,7% nümunədə azotun miqdarı 43% və yalnız 19,8% nümunədə azotun miqdarı 46% aşkar edilib.

Xidməti rəisi vurğulayıb ki, gübrədə təsiredici maddənin miqdarı normadan dəfələrlə aşağı olduğu üçün həmin gübrənin bitkiçilikdə tətbiqi yolverilməzdir. Bu gübrənin bitkiçilikdə tətbiqi, torpaqdakı mühiti əlverişsiz istiqamətdə dəyişməklə kənd təsərrüfatı bitkilərində boy, inkişaf və məhsuldarlığa əhəmiyyətli təsir göstərməyəcək. Nəticədə ətraf mühitin çirklənməsinə, lüzumsuz xərclərin artmasına, məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olacaqdır.

Camal Quliyev nəzərə çatdırıb ki, "Fitosanitar nəzarət haqqında" Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları"na uyğun olaraq "Agro menejment" MMC-nin ünvanına daxil olmuş, İran İslam Respublikasının "KERMANSHAN PETROCHEMİCAL" zavodunun istehsalı olan 1893,1 ton UREA 46% (karbamid) gübrəsinin ixracatçı ölkəyə geri qaytarılması üçün Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Tarix
2016.09.21 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla