Yuxarı

Qızıl Məryəmin ölüm işi – Gizli münasibətlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızıl Məryəmin ölüm işi – Gizli münasibətlər...

"Qızıl Məryəm" ləqəbli anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onunla birlikdə həbs edilən xalası oğlu və dostunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatətlə çıxış edib.

Onlat məhkəmə prosesinin qapalı keçirilməsini istəyiblər.

Cinayət işi materiallarında ailədaxili məsələlərin, intim münasibətlərdən bəhs edən məlumatların olduğu əsas gətirilib.

Digər vəkillər və zərərçəkmişin hüquqi varisi vəsatətin təmin edilməsini istəyib.

Prokuror vəsatətlə bağlı qərarın verilməsini məhkəmənin səlahiyyətinə buraxıb.

Məhkəmə yerində müşavirə edərək prosesin qapalı keçiriləcəyini açıqlayıb.

Jurnalistlər və digər şəxslər prosesdən çıxarılıb.

Məhkəmə prosesi sentyabrın 23-də davam etdiriləcək.

Hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Tarix
2016.09.23 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla