Yuxarı

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı gözlənilir. İddialara görə, yaxın günlərdə siqaretlərin pərakəndə satış qiymətlərində 20-30 qəpik civarında artım baş verə bilər.

Məlumata görə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq bəzi məhəllə mağazaları, marketlər və köşklər siqaret məhsullarının yeni partiyalarını qəbul etməyə tələsmir.

Nəticədə bir sıra satış məntəqələrində müəyyən markalar üzrə çatışmazlıq müşahidə olunur.

Axar.az xəbər verir ki, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Cəbhəinfo.az-a açıqlamasında Azərbaycanda siqaretin qiymətinin artmasının vergi və aksiz dərəcələrilə bağlı olduğunu bildirib:

"Bu, sosial və həssas məsələ olmadığına görə hökumət rahat şəkildə vergiləri artırır və bu, dünyanın hər yerində belədir. Çox güman ki, növbəti vergi və aksiz artımları siqaret qiymətlərinə də yansıyacaq və qiymətlərdə artım müşahidə olunacaq.

Bunun da sosial tərəfi ondan ibarətdir ki, siqaretin qiyməti artıqca ondan imtina edən vətəndaşların sayı artacaq”.

İqtisadçı qeyd edib ki, bu məsələdə "qızıl ortanı" tutmaq lazımdır:

"Çünki Azərbaycanda siqaret həddindən artıq bahalaşarsa, yəni qonşu ölkələrlə qiymət fərqi çox olarsa, o zaman ölkəmizə qaçaqmalçılıq yolu ilə siqaret gətirmək istəyənlərin də sayı kəskin şəkildə arta bilər”.

Tarix
2026.06.06 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla