Yuxarı

ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, Dövlət Agentliyinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək.

Qaydalara əsasən, ASAN Xidmət mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək.

Vəsaitin Dövlət Agentliyi və ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata keçiriləcək. Ayrılan vəsaitin bölgüsü Dövlət Agentliyinin Aparatına münasibətdə Dövlət Agentliyinin sədrinin, ASAN Xidmət mərkəzlərinə münasibətdə müvafiq mərkəz direktorunun əmri əsasında təsdiq ediləcək.

Dövlət Agentliyinin Aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 50%-i miqdarında, Dövlət Agentliyinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80%-i miqdarında ödəniləcək.

ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödəniləcək.

Mükafat aşağıdakı günlər üçün hesablanmayacaq:

İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

Dövlət Agentliyində və ASAN Xidmət mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının işçilərinə, habelə ASAN Xidmət mərkəzinin direktoru ilə razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının işçilərinə əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyəcək.

Dövlət Agentliyinin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafata 30%-i, təqvim ilində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50%-i, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100%-i miqdarında azaltma tətbiq edilməklə hesablama aparılacaq. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə biləcək.

Vəsaitin 20%-i Dövlət Agentliyinin Aparatının işçilərini mükafatlandırılmaq, habelə Dövlət Agentliyinin işçilərinə və ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar ödəmək, 80%-i ASAN Xidmət mərkəzlərinin işçilərinin və digər dövlət orqanlarının işçilərini mükafatlandırılmaq məqsədilə ayrılacaq. ASAN Xidmət mərkəzlərinə ayrılan vəsaitin 45%-i Dövlət Agentliyinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən işçiləri, 55%-i isə ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün nəzərdə tutulacaq.

Daha yüksək boş vəzifənin, habelə daha yüksək vəzifə üzrə başqa işçinin (müəyyən səbəbdən (əmək məzuniyyətində olma istisna olmaqla) iş yerində olmayan) əmək funksiyasının icrası həvalə edilən işçinin mükafatlandırılması həvalə edilən vəzifə üzrə 3 aydan çox olmamaqla həyata keçiriləcək.

Dövlət Agentliyinin və ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar müəyyən edilərkən onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri və Dövlət Agentliyində iş stajı nəzərə alınacaq. İş stajına görə fərdi mükafatlar ödənilən zaman sosial məzuniyyət dövrləri və bir aydan çox müddətdə ödənişsiz məzuniyyət dövrləri nəzərə alınmayacaq.

Məlumat üçün bildirək ki, yuxarıda vəsait dedikdə Dövlət Agentliyinin və ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait, mükafat dedikdə isə Dövlət Agentliyinin və ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ödənilən vəsait nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 2-də imzalanan qərar bu gündən qüvvəyə minib.

Tarix
2026.06.06 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla