Yuxarı

"Azərbaycanda bunu yüksək qiymətləndiririk"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərbaycanda bunu yüksək qiymətləndiririk"

Koreyalı mütəxəssislər Azərbaycanda yüksək texnologiyalar sektorunun inkişaf vəziyyətini yüksək qiymətləndirib.

"Elektron hökumət" Portalından Axar.az-a bildirilib ki, bu barədə fikirlər sentyabrın 23-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Koreya Respublikasının Sangmyung Universitetin professoru Hung Kuk Parkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib.

Görüşdə koreyalı mütəxəssislərlə "Elektron hökumət" sahəsində gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Nümayəndə heyəti, həmçinin digər ölkələrdəki uğurlu təcrübələrdən danışıb.

Professor Hung Kuk Park, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə reytinqində 56-cı pillədə qərarlaşmasını bu inkişafın göstəricisi olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri ölkəmizlə sahə üzrə bütün istiqamətlərdə işbirliyinə hazır olduqlarını söyləyib. O, Koreyanın orta və kiçik şirkətlərinin bu əməkdaşlığa cəlb edilməsinin mümkünlüyünü də qeyd edib.

Ölkəmizdə bu sahə üzrə əldə olunan nailiyyətlərdən söz açan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, qonaqlara "Elektron Hökumət", "Elektron İmza" infrastrukturu, elektron xidmətlərin inkişaf etdirilməsi, yen nəsil şəxsiyyət vəsiqələrinin formalaşdırılması üzrə həyata keçirilən işlər və gələcək planlar barədə ətraflı məlumat verib.

Tarix
2016.09.23 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla