Yuxarı

Xocavənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocavənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir.

Axar.az xəbər verir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur.

Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə qayıdan ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi tədbirləri, o cümlədən vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur.

Tarix
2026.06.08 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

Azərbaycanla sülh sual altına düşdü – Kreml istəyinə çatdı

Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur - Video

Paşinyan qalib gəldi, ancaq Putin buna nail oldu!

Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Seçki nəticəsi dəyişdi - Paşinyan sevindi

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla