Yuxarı

1 meyit başı üçün 7650 manat ödənilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 meyit başı üçün 7650 manat ödənilir - Video

Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, həkim İstanbulda yerləşən Mərmərə Universitetinin Əməliyyat və təlim mərkəzindən görüntülər yayımlayıb. O bildirib ki, burada müxtəlif ölkələrdən gələn mütəxəssislərin iştirakı ilə tibbi təlimlər və praktiki məşğələlər keçirilir.

Qədimbəylinin sözlərinə görə, tədris prosesində Avropanın müxtəlif bölgələrindən gətirilən anatomik materiallardan istifadə olunur. Həkim baş və boyun nahiyəsi üzrə aparılan təlimlər üçün bir anatomik preparata görə 4500 dollar (7650 manat) ödənildiyini qeyd edib.

O vurğulayıb ki, proqramda müxtəlif ölkələrdən gələn həkimlər iştirak edir və burada tibbin ən son yenilikləri, müasir cərrahi üsullar və yeni texnologiyalar tətbiq olunur.

Paylaşılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər təlim prosesinin əhəmiyyəti və tibb sahəsindəki yeniliklərlə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Tarix
2026.06.08 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla