Yuxarı

İyul imtahanları öncəsi mühüm xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İyul imtahanları öncəsi mühüm xəbərdarlıq

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İkinci cəhd imtahanları isə iyul ayında keçiriləcək.

Axar.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, II və III ixtisas qrupları üzrə ikinci cəhd imtahanı iyulun 5-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 12-də təşkil olunacaq.

Yaz qəbul imtahanlarında ümumilikdə 20 nəfər imtahandan xaric olunub. Onlardan 19 nəfər abituriyentlər, 1-i isə nəzarətçi-müəllimdir.

Belə ki, mayın 24-də II və III ixtisas qrupları üzrə keçirilən imtahan zamanı 9 nəfər imtahandan xaric edilib. Onlardan 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı" saat aşkar olunub.

İyunun 7-də I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda isə 11 nəfər kənarlaşdırılıb. Həmin şəxslərdən 10 nəfərdə mobil telefon aşkarlanıb.

Bundan əlavə, üzərində "ağıllı" saat aşkar edilən bir nəzarətçi-müəllim də imtahandan uzaqlaşdırılıb.

Dövlət İmtahan Mərkəzi baş vermiş faktlarla bağlı araşdırma aparır.

Tarix
2026.06.08 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla