Yuxarı

"Qarabağmedia"nın bir yaşı tamam oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağmedia"nın bir yaşı tamam oldu

Bu gün ölkənin populyar media qurumlarından olan "Qarabağmedia.az" informasiya saytının fəaliyyətə başlamasından 1 il ötür.

Axar.az xəbər verir ki, Qarabağmedia.az saytı 23 sentyabr 2015-ci ildə Qarabağı təmsil etmək niyyəti ilə İbrahim Mirzəyev və Ramil Cəbrayıl tərəfindən yaradılıb.

1 il əvvəl internet istifadəçilərinin ixtiyarına verilən sayt operativ, etibarlı və dolğun xəbərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv, qərəzsiz, neytral informasiyaları ictimaiyyətə çatdırır. Həmçinin sayt Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğalı və xalqına qarşı soyqırım siyasətinin yürüdülməsi haqqında ətraflı məlumatlarlar yayır.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Qarabağ regionunun tarixi, coğrafiyası, mədəniyyəti, ziyalıları, qəhrəmanları, folkloru, musiqisi , sosial inkişafı və digər sahələr barədə maraqlı müsahibələr, müəllif yazıları, araşdırmalar da təqdim olunur. Paralel olaraq sayt Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial və mədəni hadisələr barədə informasiya yayır. İctimai-siyasi analizlər, video görüntülər, proqnozlar təqdim edir.

Saytın baş redaktoru Ramil Cəbrayıl "Qarabağmedia.az"ın 1 yaşı ilə bağlı fikirlərini bölüşüb:

"İşə başlayanda düşünürdük ki, Azərbaycanın internet məkanında öz dəsti-xəti olacaq obyektiv, dürüst, operativ xəbər portalı kimi fəaliyyət göstərmək bizim üçün çox çətin olacaq. Amma biz bütün çətinliklərin öhdəsindən gəlməyi bacardıq.

Bizə bu işdə dəstək olan millət vəkili Mahir Abbaszadənin çox böyük rolunun olmasını xüsusi olaraq qeyd edirəm və kiçik kollektivimiz adından öz təşəkkürümü bildirirəm.

Əsasən Qarabağın dərd-sərindən, qəhrəmanlarımızdan, şəhidlərimizdən yazan saytımız bütün çətinliklərə baxmayaraq, qısa bir müddətdə kifayət qədər oxucu auditoriyası toplamağı bacardı. Bu gün "Qarabağ Media" adlı facebook səhifəmizin 30 minə qədər izləyicisi var.

Saytımıza mənəvi dəstək olan, bizimlə əmakdaşlıq edən bütün şəxslərə, həmçinin oxucularımıza öz təşəkkürümü bildirirəm.

Qəzənfər Hüseynova, İbrahim Mirzəyevə, Arif Məmmədliyə, Orxan Cəbrayıla, Elnur Eltürkə, Elnur Türksoya Araz Yaquboğluna ən səmimi və hərarətli təbriklərimi çatdırıram."

Axar.az olaraq həmkarlarımızın 1 yaşını təbrik edirik.

Tarix
2016.09.24 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla