Yuxarı

Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı

Son dövrlər Bakı şəhərinin bir sıra küçə və prospektlərində tətbiq edilən yeni yol xətlənməsi və nişanlanma sxemləri sürücülər arasında çaşqınlıq və narazılıq yaradıb. Sürücülər bəzi yerlərdə zolaqların qəfil dəyişdiyini, düz istiqamətdə hərəkət edən yolun birdən yalnız dönmə zolağına çevrildiyini və bunun da məcburi manevrlərə, sıxlığa və riskli vəziyyətlərə səbəb olduğunu bildirirlər.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yoldakı xətlənmələr yeni sxem deyil və bu, yol hərəkəti qaydalarında əvvəldən mövcud olub.

“Yol hərəkəti haqqında” qanunda üfüqi nişanlanmanın tərifi də açıq şəkildə göstərilir, sadəcə müəyyən dövrlərdə bu qaydaların tətbiqi zəif olub.

Hazırda Bakı şəhərində yenidən xətlənmələrin və nişanların tətbiqi yol hərəkətinin daha düzgün təşkilinə, qəzaların azalmasına, sıxlığın minimuma endirilməsinə və ümumi hərəkətin rahatlaşdırılmasına xidmət edir. Statistik göstəricilər də göstərir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi sürücülərin qayda pozuntularıdır. Ən çox pozulan qaydalar sürət həddinin aşılması, manevr qaydalarının pozulması, dönmə əməliyyatlarının düzgün yerinə yetirilməməsi və ara məsafəsinin saxlanılmamasıdır. Bu səbəbdən yol infrastrukturunda xətlənmələrin yenidən tətbiqi zəruri idi və bu istiqamətdə işlər görülüb”, – o qeyd edib.

Eldəniz Cəfərov əlavə edib ki, təcrübəli sürücülər bu dəyişikliklərlə bağlı narazılıq etmir, daha çox şikayətlər təcrübəsiz sürücülər və bəzi blogerlər tərəfindən səsləndirilir:

“Bu tənqidlərin bir qismi populyarlıq qazanmaq məqsədi daşıyır və real vəziyyəti əks etdirmir. Bəzi küçələrdə tətbiq edilən əyri və xüsusi xətlənmələr sürücülərin diqqətini artırmaq və sürət həddinə əməl olunmasını təmin etmək məqsədi daşıyır. Bu yanaşma həm piyadaların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət edir.

Sürücülərin çaşqınlıq yaşamaması üçün həmin ərazilərdə yol patrul xidmətinin nəzarətinin gücləndirilməsi də faydalı ola bilər”.

Tarix
2026.06.10 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla