Yuxarı

Gömrükçülər 23 min siqaret aşkar etdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükçülər 23 min siqaret aşkar etdi – Foto

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 2 adda 10350 ədəd siqaret aşkar edilərək götürülüb.

"Xanoba" gömrük postunda Rusiya istiqamətindən ölkəmizə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik nəqliyyat vasitəsindən isə 13 000 ədəd siqaret aşkar olunub. Siqaretlər avtomobilin salonunda və yük yerində gömrük nəzarətindən gizlədilmiş şəkildə yerləşdirilsə də gömrükçülərin diqqətindən yayınmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix
2016.09.24 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla