Yuxarı

Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi

Sumqayıt şəhərində vətəndaş müraciətlərinin operativ həlli, sakinləri narahat edən məsələlərin yerində araşdırılması və onların təkliflərinin dinlənilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul keçirib.

Axar.az xəbər verir ki, 13-cü mikrorayon ərazisində təşkil olunan qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və sakinlər iştirak ediblər.

Şəhər rəhbəri tərəfindən sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək icrası nəzarətə götürülüb. Vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qəbulda çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərini, infrastruktur layihələrini və vətəndaş müraciətlərinə göstərilən həssas münasibəti yüksək qiymətləndirərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Sumqayıt şəhərində vətəndaşlarla müntəzəm görüşlərin və səyyar qəbulların keçirilməsi əhalini narahat edən məsələlərin operativ şəkildə öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Tarix
2026.06.12 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla