Yuxarı

Bakı metrosu ilə bağlı 180 milyonluq müqavilə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosu ilə bağlı 180 milyonluq müqavilə... - Foto

Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında "Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ" üzrə kredit müqaviləsi, eləcə də "Bakı Metropoliteni" QSC ilə AİİB arasında eyni layihə üzrə layihə sazişi imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

180 milyon ABŞ dolları həcmində kredit müqaviləsini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə "Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.

İmzalanma mərasimində maliyyə naziri kredit vəsaitlərinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlarının tələblərinə müvafiq olaraq əhatəli hazırlıq işlərinin aparıldığını bildirb.

Nazir vurğulayıb ki, bu, son illər ərzində ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində gerçəkləşdirilən ən əhəmiyyətli maliyyə layihəsidir, eyni zamanda Azərbaycan tarixində ictimai nəqliyyat sahəsinə cəlb olunan ən böyük həcmli beynəlxalq kreditdir.

Öz növbəsində, AİİB-nin Nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmə işlərinin həyata keçirildiyini, texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və nəticə olaraq layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiqləndiyini qeyd edib.

Bundan əlavə, M.Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam şəkildə uyğun olduğunu vurğulayıb.

Qeyd olunub ki, 4 illik güzəşt dövrü nəzərdə tutulmaqla, cəmi 20 il müddətinə bağlanmış sazişlər Bakı metropoliteninin müasirləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın birinci mərhələsinin icrasını təmin edəcək. Layihə daxilində "Dərnəgül" və "Xocəsən" elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın yenidənqurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təmin olunmasına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin şəxsi avtomobillərdən metro nəqliyyatına keçidini təşviq etməklə karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki beynəlxalq öhdəliklərinə əhəmiyyətli töhfə verəcək.

Tarix
2026.06.12 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla