Yuxarı

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər. Bu, Prezident İlham Əliyevin iyunun 12-də təsdiqlədiyi "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb. Sənəddə vurğulanır ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.

Axar.az xəbər verir ki, ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Bakupost.az-a açıqlamasında sözügedən addımın ilk növbədə büdcəyə qənaət etmək baxımından vacib olduğunu bildirib.

“Azərbycanda regionlarda tikilən hava yollarının böyük əksəriyyəti boşdur. Bu aeroportlar Azərbaycan iqtisadiyyatına heç bir xeyir vermir. Əksinə, onların saxlanılmasına büdcədən əlavə vəsaitlər ayrılır”, - partiya sədri əlavə edib.

O hesab edir ki, hava limanları xarici şirkətlərə simvolik məbləğə icarəyə verilməlidir:

“Bu hava limanlarını özəl şirkətlər böyük məbləğə icarəyə götürməyəcək. Ona görə də bu kimi obyektlər xarici şirkətlərə simvolik məbləğə icarəyə verilməlidir”.

Ekspertin sözlərinə görə, bu həm büdcədən aeroportların saxlanılmasına xərclənən vəsaitə qənaət etməyə, həm də regionlara daha çox turistin gəlməsi və bilet qiymətlərinin tənzimlənməsinə səbəb ola bilər:

“Regionlardakı hava limanlarımızda daha ucuz reyslər olacaqsa, hətta insanlar Bakıdan belə həmin yerlərə gedərək, heç olmasa bir gün orada qalmaqla bölgə iqtisadiyyatının inkişafına da yardımçı olacaqlar. Bu nöqteyi-nəzərdən atılan addım həm daxili, həm də xarici turizmin inkşafını kifayət qədər sürətləndirəcək”.

Tarix
2026.06.13 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla