Yuxarı

Zaqatalada iki nəfəri ilan sancdı, ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada iki nəfəri ilan sancdı, ölən var

Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb.

Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir.

Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-u ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M.Qurbanov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, M.Qurbanov ötən gün müalicə aldığı tibb müəssəsində həyatını itirib.

Bundan başqa, Yuxarı Çardaxlar kəndində bu gün daha bir kişini ilan sancıb.

Kənd sakini 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan qəfildən sağ ayaq pəncəsindən sancıb. İ.Lələyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. İ.Lələyevə lazımi ilkin tibbi yardımlar göstərilib.

Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün gün ərazində Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndəriləcək.

Tarix
2026.06.13 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla