Yuxarı

Hidayət Orucovun cənazəsi Bakıya gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hidayət Orucovun cənazəsi Bakıya gətirildi

Azərbaycanın keçmiş dövlət müşaviri, yazıçı-dramaturq Hidayət Orucovun cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.

Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, mərhum paytaxtın Binəqədi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunub.

H.Orucov öz vəsiyyətinə uyğun olaraq, oğlunun məzarı yanında torpağa tapşırılıb.

“Dəfələrlə demişdi ki, məni oğlumun yanında dəfn edin. Vəsiyyətini yerinə yetirdik” - yaxınları bildiriblər.

Mərhumun yas mərasimi iyunun 17-də Bakının Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov iyunun 13-də Türkiyənin İstanbul şəhərində, ömrünün 82-ci ilində vəfat edib.

Tarix
2026.06.16 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla