Yuxarı

Nabran yolu nə vaxt açılacaq? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nabran yolu nə vaxt açılacaq? - Foto

Xaçmazın turizm bölgəsində sel sularının sıradan çıxardığı yolda təmir işlərinin son mərhələsinə başlanılıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, aprel-mart aylarında leysan yağışları nəticəsində yaranan sel suları rayonun İstisu qəsəbəsi ərazisində yolun çökməsinə səbəb olmuşdu. Həmin vaxtdan Nabrana gedənlər İstisu qəsəbəsinin içərisindən keçən, həmçinin Yalama istiqamətindəki alternativ yollardan istifadə edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometrliyindəki qəzalı vəziyyətin aradan qaldırılması üçün təmir-bərpa işləri görülüb. Yolun dağılan hissəsindəki köhnə suötürücü boru yenilənib. Yeni tikilən 14 metr uzunluğundakı suötürücü qurğunun hündürlüyü 2, eni 3 metrdir. Suötürücü borunun ətrafı möhkəmləndirildikdən sonra yolun dağılan hissəsinə yeni asfalt döşənəcək.

Təmir-bərpa işlərinin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulub.

Tarix
2026.06.17 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla