Yuxarı

65 yaşı tamam olan həkimlərə müjdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
65 yaşı tamam olan həkimlərə müjdə

Regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

“Bu gün həkim çatışmazlığı var. Regionlarda həkim çatışmazlığı problemini dəfələrlə qaldırmışıq, müzakirə etmişik. Həm geniş dinləmələr keçirilib, həm də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhdud tərkibdə görüşlər təşkil olunub. Əminəm ki, artıq aparılan islahatlar öz nəticəsini verəcək. Artıq Tibb Universitetini bitirən, rezidentura təhsili almamış həkimlər Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara göndəriləcək. Digər problem isə 65 yaşı tamam olan həkimlərin təqaüdə göndərilməsi məsələsidir. Bu gün həmin məsələyə baxılır. Regionlarda 65 yaşı tamam olan həkimlərin peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacaq. Bu istiqamətdə ciddi iş aparılır”, – deyə komitə sədri qeyd edib.

Tarix
2026.06.17 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla