Yuxarı

Şımkent və Bakı arasında birgə turizm marşrutları hazırlanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şımkent və Bakı arasında birgə turizm marşrutları hazırlanacaq

Bakı–Şımkent arasında birbaşa aviareysin açılması iki şəhər arasında birgə turizm marşrutlarının formalaşdırılmasına imkan yaradacaq.

Axar.az xəbər verir ki, bunu Şımkent şəhərinin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayelər İdarəsinin rəhbəri Beksultan Adilxanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni reysin istifadəyə verilməsi Şımkent və Bakı arasında əlaqələrin inkişafına əlavə təkan verəcək:

“Bu məqsədlə bu gün turizm operatorları və agentlikləri bir araya gəlib. Tərəflər arasında müvafiq memorandum və əməkdaşlıq sənədləri imzalanıb. Həmin razılaşmalar çərçivəsində birgə turizm marşrutlarının hazırlanması nəzərdə tutulur”.

B.Adilxanov qeyd edib ki, birbaşa hava əlaqəsi turist axınının artmasına müsbət təsir göstərəcək:

“Turistlər səyahət istiqaməti seçərkən ilk növbədə birbaşa uçuşların mövcudluğuna diqqət yetirirlər. Bu isə səfərləri daha rahat edir və qarşılıqlı turist mübadiləsinin artmasına şərait yaradır”.

İdarə rəsmisi əlavə edib ki, turizmlə yanaşı, digər sahələrdə də əməkdaşlıq imkanları mövcuddur:

“Şımkent Cənubi Qazaxıstan regionunun əsas mərkəzlərindən biridir və şəhər ətrafında təxminən 5 milyon nəfər yaşayır ki, bu da müxtəlif birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır”.

Tarix
2026.06.17 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla