Yuxarı

Xankəndi beynəlxalq konfransa ev sahibliyi edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi beynəlxalq konfransa ev sahibliyi edəcək

Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur.

Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.

Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.

Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə”, “Regional sosial təşəbbüs” nominasiyaları üzrə müsabiqə keçiriləcək. Habelə “İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri/təşəbbüskarı”, “Sosial sahənin inkişafına davamlı töhfəyə görə” nominasiyaları üzrə fərdi mükafatlar veriləcək.

Müsabiqə qalibləri konfrans zamanı elan edilərək mükafatlandırılacaq.

Tədbir haqqında daim yenilənən məlumatları əldə etmək üçün DOST Agentliyinin rəsmi sosial media hesablarını izləməyi tövsiyə edirik.

Facebook: https://www.facebook.com/dost.agentliyi

Instagram: https://www.instagram.com/dost.agentliyi

X: https://x.com/dostagentliyi

Xatırladaq ki, SocGov (sosial idarəetmə) brendi çərçivəsində ilk beynəlxalq konfrans ötən il beynəlxalq təşkilatlardan, 20-yə yaxın ölkədən 450 nəfərədək şəxsin iştirakı ilə Bakı şəhərində keçirilib.

Tarix
2026.06.18 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla