Yuxarı

Bakı, Salyan və Masallının bu ərazilərində işıq olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı, Salyan və Masallının bu ərazilərində işıq olmayacaq

Sabah Bakı şəhəri, Salyan və Masallı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Axar.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 19-da Bakı, Salyan və Masallının bir sıra yaşayış ərazilərinin elektrik təsərrüfatında təmir işləri aparılacaq.

Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisinə daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək qəsəbənin Süleyman Bağırov küçəsində yerləşən bir sıra bina və həyət evlərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Saat 10:00-dan 13:00-dək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Fərman Salmanov, Xıdır Mustafayev, Nazim Hikmət, Xaqan Dadaşov, Dadaş Bünyadzadə, Ümid Əkbərov küçələrinin bir hissəsində Transformator Məntəqəsəsində (TM) reallaşacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi dayandırılacaq.

Nizami RETSİ ərazisində TM-də təşkil olunacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək fasilə Kamil Balakişiyev, Əlif Hacıyev küçələri, Qara Qarayev prospektinin bəzi yerlərini əhatə edəcək.

Sabah həm də Salyan Elektrik Şəbəkəsində (EŞ) Qaraçala kəndində yerləşən 35/10 kV-luq "Qaraçala" yarımstansiyasında cari təmir, sınaq və iməclik işləri yerinə yetiriləcək. Saat 10:00-dan 13:00-dək Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Masallı EŞ ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində də təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 12:00-dək Qızılağac, Hüseynhacılı, Viləş kəndlərində gərginlik olmayacaq.

Təmir-təftiş, sınaq və iməclik işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix
2026.06.19 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla