Yuxarı

MM-də sənədsiz evlərlə bağlı mühüm təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-də sənədsiz evlərlə bağlı mühüm təklif

Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahat lazımdır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

O bildirib ki, mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir:

"Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmir. Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərinə tam çıxışı olmur, evinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır, boşanma zamanı mənzilə hüquqi iddia irəli sürə bilmir. Sənədsiz evlər bu gün dəyərindən 20-30 faiz ucuz satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Yəni, vətəndaş öz evini kapitala çevirib kiçik biznes qura bilmir. Başa düşürəm ki, bu çox mürəkkəb məsələdir, məsuliyyəti ağırdır. Riskli tərəfləri çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3%-i miqdarda ilkin rüsum ödəməklə çıxarış aldı".

Deputat qeyd edib ki, buna oxşar təcrübə Azərbaycanda da tətbiq edilə bilər:

"Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat həcmində əlavə və davamlı dəyər qata bilər. Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün "Şəhərsalma və memarlıq ili"ndə amnistiya elan edilsin. Bununla bağlı xüsusi proqram qəbul edilsin. Bu məsələ mərhələli formada həll edilsin".

Tarix
2026.06.19 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla