Yuxarı

"TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib.

Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı əlaqələrin qurulması” adlı paneldə bank sektorunun və regional maliyyə alətlərinin rolu barədə mühüm strateji baxışları bölüşüb.

Orxan Qarayev öz çıxışında nəqliyyat dəhlizlərinin idarə edilməsi, rəqəmsal inteqrasiya və KOS-ların maliyyə əlçatanlığının artırılması, həmçinin İslam Özəl Sektoru İnkişaf Korporasiyasının (ICD) Maliyyələşdirmə Xətti (LoF) alətlərinin real istehsaldan-çatdırılmaya qədərki dövrlərə uyğunlaşdırılması istiqamətində bankın strateji baxışını diqqətə çatdırıb. Sədr bu prosesdə dövlət qurumları, maliyyə təşkilatları, rəqəmsal platformalar və logistika provayderləri arasında qurulan çoxsahəli tərəfdaşlıq modellərinin KOS-ların qlobal ticarətə davamlı inteqrasiyasındakı müsbət rolunu vurğulayıb. Həmçinin dövlətimizin sahibkarlara yaratdığı əlverişli biznes mühiti və Bankın çevik maliyyə dəstəyi sayəsində KOB subyektlərinin rəqəmsal e-ticarət və B2B platformalarına inteqrasiyasının regional bazarlara çıxışda ən böyük rəqəmsal təkan olacağını bildirib. Sədr, dövlət dəstəyi mexanizmlərinin, xüsusilə güzəştli maliyyələşdirmə alətlərinin KOS-lara yönəldilməsinin onların regional dəyər zəncirinə qoşulmasını stimullaşdıran əsas amil olduğunu xüsusi qeyd edib.

1992-ci ildən fəaliyyət göstərən TuranBank Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır və müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən Bank yerli iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlığın (KOS) dayanıqlı inkişafını və maliyyələşdirilməsini prioritet istiqamət kimi rəhbər tutur, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az

TuranBank

Bizimlə etibarlıdır...

Tarix
2026.06.19 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla