ABŞ-ın BCM-ə sanksiyası - AB-nin cavabı gecikmədi
01:37
| Ana səhifə İdman |
|
Türkiyə Superliqasında VII turun oyunları çərçivəsində "Qalatasaray" "Kasımpaşa"nı qəbul edib.
Axar.az xəbər verir ki, ilk hissə “sarı-qırmızılılar”ın 1-0 hesablı üstünlüyü ilə başa çatıb. Abdulkərim Bardakçı fərqlənib.
İkinci hissədə Lukas Torreyranın qırmızı vərəqə alması ilə azlıqda qalan “cim-bom” Rak-Sakyinin 68-ci dəqiqədə qoluna əngəl ola bilməyib. Buna baxmayaraq, meydan sahibləri oyunun sonuncu dəqiqələrində Barış Alpər Yılmaz və Mario Leminanın qolları ilə "Qalatasaray" qələbə qazanıb – 3-1.
Bu nəticə ilə “Qalatasaray” 16 xalla turnir cədvəlində liderdir.
|
Tarix
2026.10.10 / 01:25
|
Müəllif
Axar.az
|