Yuxarı

Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası təşkil olunub.

Axar.az xəbər verir ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 20-dək işəgötürən iştirak edib. Yarmarkada əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və s. peşə istiqamətləri üzrə 160-dan çox vakansiya təqdim olunub.

Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin, iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.

Tarix
2026.06.19 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla