Yuxarı

Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib.

Axar.az xəbər verir ki, iİclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Anar Əliyev, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın sədri Məmməd Musayev, habelə hər üç qurumdan əməkdaşlar iştirak ediblər. Qeyd edək ki, Komissiyanın Əsasnaməsinin tələblərinə uyğun olaraq 2026-cı il üzrə Komissiyaya sədrlik Nazirliyə keçib.

Anar Əliyev iclası giriş sözü ilə açaraq Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan sosial islahatları, bu islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində də yeni mühüm addımların atıldığını qeyd edib. O, yeni qanunvericilik layihələrinin, əmək, məşğulluq və sosial müdafiə sahəsi ilə bağlı təkliflərin, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyası işlərinin sosial tərəfdaşlarla birgə səmərəli müzakirəsi baxımından Üçtərəfli Komissiyanın fəaliyyətinin önəmini vurğulayıb.

Sahib Məmmədov və Məmməd Musayev ötən dövrdə tərəflər arasında uğurlu sosial tərəfdaşlığın həyata keçirildiyini, Üçtərəfli Komissiya tərəfindən aparılan birgə müzakirələrin əhəmiyyətini vurğulayıblar. Bu iclasda da sosial-iqtisadi əhəmiyyət kəsb edən məsələlərin nəzərdən keçiriləcəyi bildirilib.

İclasda özünüməşğulluq fəaliyyətini həyata keçirən şəxslərlə bağlı təkliflər, BƏT-in Konvensiyalarına uyğun olaraq əmək qanunvericiliyində növbəti təkmilləşdirmələrin aparılması məsələləri müzakirə olunub.

Habelə onlayn platformalar üzərindən fəaliyyət göstərən şəxslərin hüquqi statusunun, əmək və sosial təminat hüquqlarının müəyyən edilməsi, Üçtərəfli Komissiyanın tərkibində BƏT-in “Sosial dialoq institutları üçün özünü qiymətləndirmə metodu”nun tətbiqi üzrə İşçi Qrupun yaradılması, bu metodun tətbiqi üzrə tədbirlər planının hazırlanması və s. ilə əlaqədar təkliflər də nəzərdən keçirilib.

Tarix
2026.06.19 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla