Yuxarı

Bu marşrutda kondisionerlər nə vaxt tam işə düşəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu marşrutda kondisionerlər nə vaxt tam işə düşəcək?

Artıq temperatur yüksək olduğu üçün insanların sıx olduğu yerlərdə, xüsusilə ictimai nəqliyyatda kondisionerin, havalandırma sisteminin fəaliyyəti önəmlidir. Ancaq bəzi marşrutlarda bu əlçatanlıq təmin edilməyib. Bunlardan biri də 18 nömrəli marşrutdur.

Axar.az xəbər verir ki, sərnişinlərdən Bizim.media-ya edilən şikayətə görə, sözügedən marşrut xətti üzrə avtobusların əksəriyyətində kondisionerlər hələ də işə salınmayıb.

Məsələylə bağlı 18 nömrəli marşrutun məxsus olduğu “Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev bildirib ki, şirkətin istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobusların 95 faizində hazırda kondisionerlər işlək vəziyyətdədir.

“Bəzi hallarda gün ərzində hər hansı nəqliyyat vasitəsində texniki problem, nasazlıq baş verə bilər. Bununla əlaqədar tərəfimizdən operativ texniki xidmət qrupları yaradılıb və həmin hallar dərhal aradan qaldırılır.

Texniki problem yaşanan avtobus xətdən kənarlaşdırılır və lazımi tədbirlər görülür. Yaxın günlərdə bütün avtobuslarımızda kondisionerlərin faisləsiz iş rejimində fəaliyyəti tam təmin ediləcək”, - deyə açıqlamada qeyd edilib.

Tarix
2026.06.19 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla