Yuxarı

"Avtovağzal"dan mərkəzə birbaşa gəlmək olacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Avtovağzal"dan mərkəzə birbaşa gəlmək olacaq - Video

Metronun "Avtovağzal" stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, Bənövşəyi xəttin şərti adı "B-05" olan 6-cı stansiyası sərnişinlərə "Nizami" stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq.

Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyir. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.

Bakı Metropoliteni QDC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, "Xocəsən" və "Avtovağzal"dan başlayan axın istiqamətləri yeni stansiyanın strateji əhəmiyyətini əyani şəkildə sübut edir.

Onun sözlərinə görə, yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevrilə bilər.

Bir sözlə, yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq.

Tarix
2026.06.20 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla