Yuxarı

Bakıya aylıq normanın 150%-i qədər yağıntı düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya aylıq normanın 150%-i qədər yağıntı düşdü

İyunun 28-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Yardımlıda 43 (aylıq normanın 93%-i), Şamaxıda 40 (aylıq normanın 64%-i), İsmayıllıda 30, Lerikdə 26 (aylıq normanın 55%-i), Qəbələdə 26, Beyləqanda 22 (aylıq normanın 82%-i), Xızıda 22, Qax (Sarıbaş), Lənkəranda 20 (aylıq normanın 45%-i), Biləsuvarda 18 (aylıq normanın 90%-i), İmişlidə 18 (aylıq normanın 66%-i), Şuşa, Füzulidə 18, Şahdağda 16, Bakıda və Abşeron yarımadasında 15 (aylıq normanın 150 %-i), Sabirabadda 13 (aylıq normanın 47%-i), Neftçalada 12 (aylıq normanın 101%-i), Astarada 12, Qobustanda 11, Cəlilabad, Quba, Gədəbəydə 10, Zaqatala, Qusarda 9, Oğuz, Şirvan, Daşkəsən, Şəkidə (Kişçay) 8, Culfada 7, Şabran, Cəbrayılda 5, Şahbuzda 4, Naxçıvan, Tovuzda 3, Naftalan, Göygöl, Ağdam, Kürdəmir, Laçında 2, Xaçmaz, Balakən, Şərur, Ordubad, Goranboy, Şəmkir, Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Kəlbəcər, Xocalı, Zəngilan, Xankəndi, Qubadlıda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Naftalanda 21, Goranboyda 19, Gəncədə 18, Şərur, Culfada 16, Şəkidə 15 m/s-yə çatır.

Tarix
2026.06.28 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla