Yuxarı

11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Fərid Şabanov 2024-cü il yanvarın 23-də oxuduğu Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin təhsil müəssisəsinin şagirdi olan Raul Rəhimovla mübahisə edib. Mübahisə davaya çevrilib və F.Şabanov üzərində gəzdirdiyi "beşbarmaq" və bıçaqla R.Rəhimova zərbələr endirib. Xəstəxanaya yerləşdirilən R.Rəhimov orada ölüb.

R.Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Şabanov saxlanılaraq istintaqa təhvil verilib.

Tarix
2026.06.29 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla