Yuxarı

Zarafat qanla bitdi: həmkəndlisini öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zarafat qanla bitdi: həmkəndlisini öldürdü

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Ayıblı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Elməddin Quliyev həmkəndlisi, 1997-ci il təvəllüdlü Asəf Rüstəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə zamanı hər iki şəxs spirtli içkinin təsiri altında olub. Bildirilib ki, tərəflər kafelərdən birində içki məclisində olublar. Bu zaman Asəf Rüstəmov digər masada əyləşən şəxslərlə zarafat edib.

Onun bu hərəkəti həmkəndlisi Elməddin Quliyevin iradına səbəb olub. Bundan sonra hər iki şəxs arasında mübahisə yaşanıb. Aralarındakı gərginlik yaxınlıqdakı çayxanaya qədər davam edib. Bu zaman A. Rüstəmov bıçaqla onun ürək nahiyyəsinə zərbə endirib. Nəticədə E. Quliyev elə hadisə yerində vəfat edib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Tarix
2026.07.01 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla